Rusiyada baş vermiş yol qəzasında ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada baş vermiş yol qəzasında ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB Qəzaya düşmüş avtomobillərdən birinin sürücüsü qadın olub
Digər ölkələr
23 Yanvar , 2017 08:37
Rusiyada baş vermiş yol qəzasında ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiysk muxtar rayonundakı magistral yolda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 5-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti"yə Daxili İşlər Nazirliyinin rəsmisi Olqa Abmaykina xəbər verib.

Onun sözlərinə görə, qəzaya düşmüş avtomobillərdən biri – "Toyota Rav"ın sürücüsü qadın olub. O və 3 sərnişini hazırda Xantı-Mansiyskdəki klinikalardan birinə müxtəlif dərəcəcəli xəsarətlə yerləşdiriliblər.

Qeyd edək ki, hadisə Tümen - Xantı-Mansiysk avtomagistral yolunda, ötən gün, yerli vaxtla saat 14:15-də qeydə alınıb. İllkin məlumatda bildirilirdi ki, "Toyota Rav4" və "Mitsubishi Lancer" avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.


***19:18

Rusiyada bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin regional idarəsinin nümayəndəsinə istinadən xəbər verib.

Məlumata görə, hadisə Tümen - Xantı-Mansiysk avtomagistral yolunda, yerli vaxtla saat 14:15-də qeydə alınıb. Belə ki, "Toyota Rav4" və "Mitsubishi Lancer" avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.  

Son xəbərlər

Orphus sistemi