Rusiyada yol qəzası baş verib, ölənlər və yaralananlar var

Rusiyada yol qəzası baş verib, ölənlər və yaralananlar var Polisin təhqiqat qrupu hadisə yerində araşdırma aparır
Digər ölkələr
10 Yanvar , 2017 08:34
Rusiyada yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyada 3 nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "TASS" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Novosibirskdə, Ordınsk şosesində qeydə alınıb. Belə ki, "VAZ 2107" və "SsangYong" avtomobilləri toqquşub.

VAZ-ın sürücüsü və 2 sərnişini aldığı zərbələrdən hadisə yerindəcə ölüblər. Həmçinin "SsangYong" avtomobilinin sürücüsü və sərnişini də xəsarət alıb.

Polisin təhqiqat qrupu hadisə yerində araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi