Rusiyada Suriyada hava hücumu kampaniyasını genişləndirib

Rusiyada Suriyada hava hücumu kampaniyasını genişləndirib Son 24 saat ərzində Rusiya hərbi təyyarələri 55 hədəfi vurub
Digər ölkələr
11 Oktyabr , 2015 00:29
Rusiyada Suriyada hava hücumu kampaniyasını genişləndirib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiya son bir gün ərzində Suriyada İŞİD yaraqlılarına qarşı hava hücumu kampaniyasını genişləndirdiyini bəyan edib.

“Report”un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, son 24 saat ərzində Rusiya hərbi təyyarələri 55 hədəfi vurub.

General-mayor İqor Konaşenkov bildirib ki, hədəflərə Suriyanın Rəqqa, Həma, Dəməşq və Hələb vilayətlərində təlim bazaları, silah cəbbəxanaları və nəzarət mərkəzləri daxil olub.

Yerli müşahidəçilər isə hesab edir ki, hücumların bir qismi ölkənin qərb bölgələrini hədəf alır ki, burada terrorçuların çox az mövcudiyyəti var.

Son xəbərlər

Orphus sistemi