Rusiyada sualtı qayıqda yanğın baş verib

Rusiyada sualtı qayıqda yanğın baş verib "K-266 Oryol"da yanğına qaynaq aparatının səbəb olduğu ehtimal edilir
Digər ölkələr
7 Aprel , 2015 19:14
Rusiyada sualtı qayıqda yanğın baş verib

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiyanın şimalındakı Arxangelsk vilayətinin Severodvinsk şəhərində "Zvezdoçka" limanında yerləşən sualtı qayıqda yanğın baş verib.

"Report" "TASS"a istinadən verdiyi məlumata görə, "K-266 Oryol" adlı sualtı qayıqda meydana gələn yanğına qaynaq aparatının səbəb olduğu ehtimal edilir. Yanğın təxminən 20 kvadratmetr sahəni əhatə edib. İlkin məlumatlar sualtı qayıqda nüvə silahının olmadığını göstərir.

Son xəbərlər

Orphus sistemi