Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib Hadisə zamanı xəsarət alan olmayıb
Digər ölkələr
21 Yanvar , 2017 06:23
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın Vladivostok şəhərində A319 sərnişin təyyarəsi qəza enişi edib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Fövqəladə Hallar Nazirliyinin regional saytına istinadən xəbər verib.

Məlumata görə, Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçan təyyarə səmada olarkən yanğın siqnalizasiyası işə düşüb. Lakin göyərtədə təhlükəli yük olmayıb.

Hadisə vaxtı təyyarənin göyərtəsində 100 sərnişin və 6 ekipaj üzvü olub. Hadisə zamanı xəsarət alan olmayıb.

Sərnişinlərin hamısı təyyarəni tərk edərək, digər təyyarə ilə Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçublar. Məlumatda həmçinin bildirilir ki, hazırda Vladivostok hava limanı öz işini davam etdirir. 

Son xəbərlər

Orphus sistemi