Rusiyada qvardiya əməkdaşlarına hücum etmiş dəstənin bütün üzvləri saxlanılıb - YENİLƏNİB-2

Rusiyada qvardiya əməkdaşlarına hücum etmiş dəstənin bütün üzvləri saxlanılıb - YENİLƏNİB-2 Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyada qvardiya əməkdaşlarına hücum etməkdə şübhəli bilinən dəstənin bütün üzvləri saxlanılıb."Report" xəbər ver...
Digər ölkələr
30 Dekabr , 2016 01:41
Rusiyada qvardiya əməkdaşlarına hücum etmiş dəstənin bütün üzvləri saxlanılıb - YENİLƏNİB-2

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyada qvardiya əməkdaşlarına hücum etməkdə şübhəli bilinən dəstənin bütün üzvləri saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb. 

Məlumata görə, hücum edənlərin sayı 5 nəfər olub.


***01:15

Rusiyada qvardiya əməkdaşlarına hücum etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlardan bir ədəd avtomat və 1 ədəd tapança götürülüb. Hazırda saxlanılanların cinayət ortağının axtarışları davam etdirilir. Həmin şəxsdə də 1 ədəd tapançanın olduğu bildirilir. 

Qeyd edək ki, dünən naməlum şəxslərdən ibarət qrup Yeni Moskvada qvardiya əməkdaşlarına hücum edib. Hücum nəticəsində 1 qvardiya əməkdaşı öldürülüb. Həmçinin bir qvardiya əməkdaşı ağır yaralanıb.



***00:51

Naməlum şəxslərdən ibarət qrup Yeni Moskvada qvardiya əməkdaşlarına hücum edib.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbə bildirib.

Məlumata görə, hadisə Roqovsko qəsəbəsində baş verib. Hücum nəticəsində 1 qvardiya əməkdaşı öldürülüb.

Mənbənin sözlərinə görə, cinayətkarların sayı beş-yeddi nəfər olub. Onlar iki "Kalaşnikov" avtomatını oğurlayıblar.

Hücumun gedişatında həmçinin bir qvardiya əməkdaşı ağır yaralanıb.

Polis əməkdaşları hesab edirlər ki, hücum məhz silahın ələ keçirilməsi məqsədilə edilib. Hazırda cinayətkarların tutulması məqsədilə "Sirena" əməliyyatı keçirilir.

Son xəbərlər

Orphus sistemi