Rusiyada naməlum şəxs uşaqlara atəş açıb

Rusiyada naməlum şəxs uşaqlara atəş açıb Naməlum şəxs çoxmərtəbəli evin pəncərəsindən həyətdə oynayan uşaqlara bir neçə atəş açıb
Digər ölkələr
14 Aprel , 2017 14:46
Rusiyada naməlum şəxs uşaqlara atəş açıb

Bakı. 14 aprel. REPORT.AZ/ Orenburqda kişi binanın həyətində oynayan uşaqlara atəş açıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, naməlum şəxs çoxmərtəbəli evin pəncərəsindən həyətdə oynayan uşaqlara bir neçə atəş açıb. Nəticədə 13 yaşlı bir uşaq xəsəxanaya yerləşdirilib.

İstintaq Komitəsindəki mənbənin bildirdiyinə görə, müstəntiqlər istintaqöncəsi yoxlamaya başlayıblar: uşaqlar da daxil olmaqla, şahidlər dindirilir, hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi üzrə tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi