Rusiyada bazarda atəş açan azərbaycanlı 11 illik həbs cəzasına məhkum edilib

Rusiyada bazarda atəş açan azərbaycanlı 11 illik həbs cəzasına məhkum edilib Müttəhim təqsirini qəbul etməyib
Digər ölkələr
18 İyul , 2018 15:17
Rusiyada bazarda atəş açan azərbaycanlı 11 illik həbs cəzasına məhkum edilib
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində yerləşən "Vyetnam bazarında" adam öldürməyə cəhd göstərməkdə təqsirləndirilən 38 yaşlı azərbaycanlı həbs edilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, onun barəsində Sovet rayon məhkəməsi hökm çıxarıb.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il həbs cəzasına məhkum edilib.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs 2017-ci ilin noyabrında borca görə iki nəfərlə Jurnalistlər küçəsində ticarət pavilyonunun yanında mübahisə edib. Əsəbləşən müttəhim 1933-cü ilin modeli olan TT tapançasından mübahisə etdiyi adamlara dörd dəfə atəş açıb. Yaralılar xəstəxanaya çatdırılıb və sağ qalıblar.

Müttəhim təqsirini qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi