Rusiyada baş vermiş yanğında 4 nəfər ölüb

Rusiyada baş vermiş yanğında 4 nəfər ölüb Hadisə yerində operativ təhqiqat qrupu işləyir
Digər ölkələr
14 Mart , 2017 05:25
Rusiyada baş vermiş yanğında 4 nəfər ölüb
Courtesy İmage

Bakı. 14 mart. REPORT.AZ/ Rusiyanın Ulyanovsk vilayətinin Novospask qəsəbəsində güclü yanğın baş verib.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Regional İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə yaşayış evində qeydə alınıb. "Sovetsk" küçəsindəki yanğın zamanı 4 nəfər ölüb.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, ölənlərdən biri evin 67 yaşlı sakini, onun iki oğlu və onların tanışlarıdır. Hazırda hadisənin başvermə səbəblərini müəyyən etmək üçün ərazidə operativ təhqiqat qrupu işləyir.  

Son xəbərlər

Orphus sistemi