Yuxarı

Rusiya Yəməndəki səfirliyinin işçilərini təxliyə edəcək

Rusiya Yəməndəki səfirliyinin işçilərini təxliyə edəcək
Bu barədə RF XİN-in rəsmi facebook səhifəsində məlumat yerləşdirilib

Bakı. 11 aprel. REPORT.AZ/ RF XİN 11-13 aprel tarixlərində Yəmənin paytaxtından Rusiya səfirliyinin işçilərini və digər vətəndaşları təxliyə edəcək. Bu barədə qurumun rəsmi "facebook" səhifəsində məlumat yerləşdirilib.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Yəməndəki səfirliyinin nümayəndəsi bildirib ki, aprelin 11-də ölkəni tərk etmək istəyən vətəndaşlar üçün növbəti təxliyə reysi təşkil olunacaq.

Təxliyə olunanların sayı və hansı ölkələrin vətəndaşları olduqları barədə dəqiq məlumat açıqlanmır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi