​Rusiya XİN: İranın nüvə proqramı ilə bağlı saziş üzərində iş başa çatmaq üzrədir

​Rusiya XİN: İranın nüvə proqramı ilə bağlı saziş üzərində iş başa çatmaq üzrədir Ryabkov: "Son bir neçə gün ərzində mətnin razılaşdırılmamış hissəsi xeyli azalıb"
Digər ölkələr
3 İyun , 2015 10:40
​Rusiya XİN: İranın nüvə proqramı ilə bağlı saziş üzərində iş başa çatmaq üzrədir

Bakı. 3 iyun. REPORT.AZ/ İranın nüvə proqramı ilə bağlı sazişin mətni üzərində işin başa çatmaq üzrədir. "Report" xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

"Nə qədər ki, bu mümkündür, biz tədricən mətnin tam razılaşdırılması prosesini başa çatdırmalıyıq", - Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, sənəd üzərində iş başa çatmaq üzrədir və son bir neçə gün ərzində mətnin razılaşdırılmamış hissəsi xeyli azalıb.

Son xəbərlər

Orphus sistemi