Rusiya XİN: ABŞ-ın Suriyada əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq

Rusiya XİN: ABŞ-ın Suriyada əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq Vaşinqton uzun müddət Suriyada terrorçuların mövcudluğunu prinsipcə inkar edib
Digər ölkələr
30 Sentyabr , 2016 04:56
Rusiya XİN: ABŞ-ın Suriyada əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ Vaşinqtonun Suriyada terrorçularla mübarizə məsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi yaraqlılar üçün yaxşı hədiyyə olacaq.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, "əgər Vaşinqtondan qarşılıqlı fəaliyyətin dayandırılmasına dair səsləndirilən təhdidlər rəsmi qərara çevrilərsə, o zaman artıq şübhə qalmayacaq – Ağ Ev yaraqlıları öz qanadları altına aldı və terrorçuların küçəsində böyük bayram şənliydir".

XİN rəsmisi ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauerin "Suriya və Rusiya qüvvələrinin fəaliyyətinin İŞİD və "Nüsra cəbhəsi" terror qruplaşmaları üçün "hədiyyədir" sözlərini belə şərh edib.

Zaxarova qeyd edib ki, Vaşinqton uzun müddət Suriyada terrorçuların mövcudluğunu prinsipcə inkar edib.

Son xəbərlər

Orphus sistemi