Yuxarı

Rusiya XİN: ABŞ demokratları Donald Trampdan əvəzini çıxmaq istəyir

Rusiya XİN: ABŞ demokratları Donald Trampdan əvəzini çıxmaq istəyir
Zaxarova: Bu administrasiya ikitərəfli münasibətlərin korlanması cəhdlərindən əl çəkmir

Bakı. 31 dekabr. REPORT.AZ/ "Moskvada elə təsəvvür yaranıb ki, ABŞ Demokrat Partiyasının komandası son qərarları ilə yeni seçilmiş prezident Donald Trampdan qələbəsinə görə əvəz çıxmaq istəyir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “RİA Novosti”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, "administrasiya ikitərəfli münasibətlərin korlanması cəhdlərindən əl çəkmir".

"Doğrüsü, elə təsəvvür yaranır ki, hazırda demokratlar komandası Trampdan qələbəsinə görə əvəzini çıxmaq istəyir və onun səlahiyyətlərinin qüvvəyə minməsindən 1 ay öncə absurd qərar qəbul edir", — diplomat qeyd edib.

O, buna misal kimi bu yaxınlarda ABŞ-nın Suriya müxalifətinə ağır silahın göndərilməsi barədə qərarı göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi