Rusiya Venesuelaya iki hərbi təyyarə göndərib - VİDEO

Rusiya Venesuelaya iki hərbi təyyarə göndərib - VİDEO Rusiyaya məxsus An-124 və İl-62 tipli iki hərbi nəqliyyat təyyarəsi Venesuelaya uçub.
Digər ölkələr
25 Mart , 2019 05:21
Rusiya Venesuelaya iki hərbi təyyarə göndərib - VİDEO

Rusiyaya məxsus "An-124" və "İl-62" tipli iki hərbi nəqliyyat təyyarəsi Venesuelaya uçub.

“Report” xəbər verir ki, bu barədə yerli "Noticiero Digital" və "Eha Medya" saytları, Kolumbiyanın "Webinfomil" portalı, həmçinin Perunun "El Comercio" qəzeti məlumat yayıb.

Onların məlumatına görə, Karakas hava limanına enən iki laynerdə 100-ə yaxın Rusiya hərbçisi və 35 ton yük olub.

"Associated Press" Bolivar Respublikası hökumətindəki mənbəyə istinadən xəbər verir ki, Rusiya təyyarələri Venesuelaya Karakas və Moskva arasında olan hərbi-texniki əməkdaşlıq çərçivəsində gəliblər.

Bildirilir ki, Rusiya hərbçiləri Venesuelaya ölkənin silahlı qüvvələrinin avadanlıqlarına xidmət edəcək və venesuelalılara onlardan istifadə qaydalarını öyrədəcəklər. Ruslar həmçinin venesuelalı həmkarları ilə strateji məsələləri müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi