Rusiya Venesuela hökuməti ilə müxalifət arasında vasitəçiliyə hazır olduğunu bəyan edib

Rusiya Venesuela hökuməti ilə müxalifət arasında vasitəçiliyə hazır olduğunu bəyan edib Bakı. 25 yanvar. REPORT.AZ/ Səylərimizə tələbat olarsa, Rusiya Venesuela hökuməti ilə müxalifət arasında vasitəçi olmağa hazırdır. Bizim bunula bağlı heç bir problemimiz yoxdur.
Digər ölkələr
25 Yanvar , 2019 17:09
Rusiya Venesuela hökuməti ilə müxalifət arasında vasitəçiliyə hazır olduğunu bəyan edib

Bakı. 25 yanvar. REPORT.AZ/ "Səylərimizə tələbat olarsa, Rusiya Venesuela hökuməti ilə müxalifət arasında vasitəçi olmağa hazırdır. Bizim bunula bağlı heç bir problemimiz yoxdur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerika Departamentinin direktoru Aleksandr Şetinin deyib.

Xatırladaq ki, daha əvvəl Venesueladakı etirazlar zamanı həbs edilənlərinin sayının 364 nəfərə çatdığı bildirilib.

Son xəbərlər

Orphus sistemi