Bakı. 20 İyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleksis Sipras keçirdikləri görüş zamanı Rusiya qazının "Türk axını" qaz kəməri ilə nəqli marşrutlarını müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən RİA "Novosti" məlumat yayıb.
"Vladimir Putinin Aleksis Sipras ilə görüşü zamanı energetika sahəsində layihələr, xüsusilə Rusiya qazının "Türk axını" qaz kəməri ilə nəqli marşrutları müzakirə olunub", — deyə Peskov bildirib.