Rusiya və İranın səfirləri Hələbdəki vəziyyətlə bağlı Britaniya XİN-ə çağırılıb

Rusiya və İranın səfirləri Hələbdəki vəziyyətlə bağlı Britaniya XİN-ə çağırılıb Buna Londonun Hələb ilə bağlı narahatçılığı səbəb olub
Digər ölkələr
15 Dekabr , 2016 22:14
Rusiya və İranın səfirləri Hələbdəki vəziyyətlə bağlı Britaniya XİN-ə çağırılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya və İranın Böyük Britaniyadakı səfirləri Suriyanın Hələb şəhərində hazırkı vəziyyətlə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Britaniyanın xarici işlər naziri Boris Conson yazıb.

"Mən indicə Rusiya və İranın səfirlərini çağırıb, onlara Hələb ilə bağlı dərin narahatlığımı ifadə etdim. Dinc sakinləri müdafiə etmək və onlara yardım göndərmək son dərəcə vacibdir", - deyə Conson bildirib.

Son xəbərlər

Orphus sistemi