Yuxarı

Rusiya və ABŞ prezidentləri Venesuela məsələsini müzakirə edəcəklər

Rusiya və ABŞ prezidentləri Venesuela məsələsini müzakirə edəcəklər

ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuelada yaranmış vəziyyətlə bağlı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq.

"Report" xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb.

Tramp həmçinin qeyd edib ki, ola bilər, Venesuela məsələsini Çin Xalq Respublikasının sədri Si Çzinpinlə də müzakirə etsin.

"Mən çox insanlarla danışacağam - ola bilər, prezident Putinlə, və ola bilər Çin "prezidenti" Si ilə", - deyə Tramp qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi