​Rusiya təyyarələri İŞİD-in Suriyadakı mövqelərini bombardıman edib

​Rusiya təyyarələri İŞİD-in Suriyadakı mövqelərini bombardıman edib Terrorçuların iki idarəetmə məntəqəsi, canlı qüvvə və texnikası yox edilib
Digər ölkələr
22 İyul , 2016 06:12
​Rusiya təyyarələri İŞİD-in Suriyadakı mövqelərini bombardıman edib

Bakı. 21 iyul. REPORT.AZ/ Rusiyanın "Tu-22M3" tipli altı bombardımançı təyyarəsi Suriyada İŞİD-in kəşfiyyat nəticəsində aşkar edilən Palmiranın şərqindəki və Homs əyalətinin Əs-Suhnə, Arak və Ət-Tayyibə şəhərlərindəki obyektlərinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, uzaqməsafəli bombardımançılar Bakı vaxtı ilə səhər saat 6 radələrində uçuş ediblər. Hədəf terrorçuların komanda məntəqələri, canlı qüvvəsi və texnikası olub. Yeni hədəflərin aşkar edilməsinə bu regionda, eləcə də, kosmosdan aparılan gücləndirilmiş kəşfiyyat işləri imkan verib.

Qeyd olunur ki, nəticədə İŞİD-in gizlində olan iki idarəetmə mərkəzi, canlı qüvvə və texnikası məhv edilib.

Son xəbərlər

Orphus sistemi