​Rusiya Suriyaya 17 aviazərbə endirib, 150-dən çox silahlı məhv edilib

​Rusiya Suriyaya 17 aviazərbə endirib, 150-dən çox silahlı məhv edilib Aviasiya, həmçinin 11 texnikanı zərərsizləşdirib
Digər ölkələr
16 Dekabr , 2015 03:18
​Rusiya Suriyaya 17 aviazərbə endirib, 150-dən çox silahlı məhv edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya aviasiyası son sutka ərzində müxalifətə dəstək olaraq Rəkkənin şimalında yaraqlıların 17 mövqeyinə zərbə endirib, 150-dən çox terrorçu məhv edilib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib.

O bildirib ki, zərbələr, "Azad Suriya ordusu" qruplaşmasına daxil olan "Qənim" və "Demokratik qüvvələr" dəstələrinə dəstək olaraq endirilib.

"Rusiya aviasiyası obyektiv nəzarət məlumatlarına görə, 150-dən çox silahlı və 11 ədəd texnika məhv edib", - deyə Rudskoy qeyd edib.

Onun sözlərinə görə, 18 zərbə də, "Səhra şirləri" və "Qələmun" dəstələrinin maraqlarına dəstək olaraq Əl-Karatyen və Palmir ərazilərinə endirilib.

Son xəbərlər

Orphus sistemi