Yuxarı

Rusiya Suriyanın Tartus limanını 49 illik icarəyə götürüb

​Rusiya Suriyanın Tartus limanını 49 illik icarəyə götürüb

Suriyanın Tartus dəniz limanı yaxın həftələrdə nəqliyyat və iqtisadi məqsədlər üçün 49 il müddətinə Rusiyaya icarəyə veriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Yuri Borisov Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra deyib.

Onun sözlərinə bu barədə qərar hələ 2018-ci ilin dekabrında hökumətlərarası komissiyanın iclasında qəbul olunub.

Borisov hesab edir ki, bu addım qarşılıqlı mal dövriyyəsinə ciddi təkan verəcək.

"Ümid edirəm ki, bu, hər şeydən əvvəl Suriya iqtisadiyyatının lehinə olacaq", - deyə Baş nazir müavini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi