Rusiya səfirinin qətlə yetirilməsi işi üzrə məhkəmə Türkiyədə yanvarın 8-də başlayacaq

Rusiya səfirinin qətlə yetirilməsi işi üzrə məhkəmə Türkiyədə yanvarın 8-də başlayacaq Bakı. 7 dekabr. REPORT.AZ/ Məhkəmə Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə prokurorluğun ittiham iddianaməsini qəbul edib.
Digər ölkələr
7 Dekabr , 2018 16:34
Rusiya səfirinin qətlə yetirilməsi işi üzrə məhkəmə Türkiyədə yanvarın 8-də başlayacaq
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Məhkəmə Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə prokurorluğun ittiham iddianaməsini qəbul edib.

"Report" "Kommersant'a istinadən xəbər verir ki, məhkəmə prosesi 2019-cu il yanvarın 8-də başlayacaq.

Qeyd edək ki, ümumilikdə, 28 şübhəliyə, o cümlədən FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənə qarşı ittiham irəli sürülüb. İddianamədə deyilir ki, diplomata qarşı sui-qəsd rəsmi Ankaranın 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham etdiyi FETÖ terror təşkilatı tərəfindən təşkil edilib. Rusiya səfirinin qətlə yetirilməsi işi üzrə şübhəlilər konstitusiya quruluşunun pozulmasında, terror təşkilatına cəlb edilməkdə və terror məqsədilə qətl planlaşdırmaqda günahlandırılırlar.

Xatırladaq ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada Rusiya fotosərgisinin açılışı zamanı mühafizəçi qismində salona gələn Mövlüd Mərd Altıntaş adlı şəxs tərəfindən odlu silahla qətlə yetirilib. O, dərhal polis tərəfindən öldürülüb. 

Son xəbərlər

Orphus sistemi