Yuxarı

Rusiya Qazaxıstanın adından ABŞ-ı Astanada Suriya üzrə keçiriləcək görüşə dəvət edib

Astanada Suriya üzrə görüş yanvarın 23-də keçiriləcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ABŞ səfiri Con Tefft ilə görüşdə qarşı tərəfi Qazaxıstanın adından Astanada keçiriləcək Suriya üzrə görüşə dəvət edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə açıqlamasında M.Boqdanov məlumat verib.

"Bəli, biz onları dəvət etdik. Qazaxıstanlı dostlarımız tərəfindən imzalanmış dəvəti onlara verdik", - M.Boqdanov bildirib.

Qeyd edək ki, Astanada Suriya üzrə görüş yanvarın 23-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi