Yuxarı

Sergey Şoyqu: "PKK/YPG terrorçuları Suriyanın təhlükəsizlik zonasından geri çəkiliblər"

​Rusiya PKK/YPG silahlılarının Suriyada təhlükəsizlik zonasından çıxar

PKK/YPG terror təşkilatı silahlı bölmələrinin Suriyanın şimal-şərqindəki təhlükəsizlik zonasından çıxarılması vaxtından əvvəl başa çatıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Təhlükəsizlik zonasının yaradılmalı olduğu ərazidən silahlı bölmələrin geri çəkilməsi vaxtından əvvəl başa çatıb. Ora Suriya sərhədçiləri və bizim hərbi polisimiz daxil olub", - deyə müdafiə naziri bildirib.

Oktyabrın 22-də Türkiyə və Rusiya Suriyanın şimal-şərqində vəziyyət üzrə razılığa nail olub.

Razılaşmaya uyğun olaraq, YPG terrorçularının bütün bölmələri okyabrın 29-u axşama qədər silahlarla birlikdə "Barış pınarı" əməliyyatının keçirildiyi zonadan şərqə və qərbə çıxarılmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi