Konstantin Zatulinin məsələsi Rusiya parlamentində müzakirə ediləcək

Konstantin Zatulinin məsələsi Rusiya parlamentində müzakirə ediləcək Rusiya Dövlət Dumasının aparatı deputat Konstantin Zatulinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Moskva Azərbaycanlı İcması regional ictimai təşkilatının məktubunu baxılmağa qəbul edib.
Digər ölkələr
18 Oktyabr , 2019 16:53
Konstantin Zatulinin məsələsi Rusiya parlamentində müzakirə ediləcək

Rusiya Dövlət Dumasının aparatı deputat Konstantin Zatulinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı "Moskva Azərbaycanlı İcması" regional ictimai təşkilatının məktubunu baxılmağa qəbul edib.

Bu barədə “Report”un Rusiya bürosuna “Moskvanın Azərbaycanlı İcması” regional ictimai təşkilatının sədri Şamil Tağıyev bildirib.

Belə ki, təşkilata gələn rəsmi məktuba görə, həmin müraciət baxılmaq üçün Vahid Rusiya Partiyasının parlament qrupuna təqdim olunub.

“Biz həmçinin K.Zatulinin ədəb normalarına əməl etmədiyi üçün Rusiya hüdudlarından kənarda nitq söyləmək hüququndan məhrum edilməsinə dair də məsələ qaldırmaq istəyirik”, - deyə diaspor rəhbəri qeyd edib.

Bundan əvvəl “Moskva Azərbaycanlı İcması” Rusiya parlamentində MDB işləri, Avrasiya inteqrasiyası, həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini K.Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinə qanunsuz səfəri və Dağlıq Qarabağdakı işğalçı rejimi dəstəkləməsi ilə bağlı məsələyə aydınlıq gətirmələri üçün Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlamışdı.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi