Rusiya Müdafiə Nazirliyi Suriyada qoşun qruplarının azaldılmasına başlayıb

Rusiya Müdafiə Nazirliyi Suriyada qoşun qruplarının azaldılmasına başlayıb Münaqişə zonasını ilk olaraq "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisi tərk edəcək
Digər ölkələr
6 Yanvar , 2017 13:34
Rusiya Müdafiə Nazirliyi Suriyada qoşun qruplarının azaldılmasına başlayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi ölkə prezidenti Vladimir Putinin qərarına uyğun olaraq Suriyada qoşun qruplarının azaldılmasına başlayıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sözlərinə görə, münaqişə zonasını ilk olaraq "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisi tərk edəcək.

O, həmçinin hərbi əməliyyatların keçirildiyi zonadan "Kuznetsov"la yanaşı, "Pyotr Velikiy" kreyserinin, eləcə də onları müşayiət edən gəmilərin ayrılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi