​Rusiya Müdafiə Nazirliyi İŞİD-in neftdən əldə etdiyi illik gəliri açıqlayıb

​Rusiya Müdafiə Nazirliyi İŞİD-in neftdən əldə etdiyi illik gəliri açıqlayıb Rusiya Silahlı Qüvvələri Baş Qərargahı: "Suriyada son fəaliyyətimiz nəticəsində İŞİD-in neft satışından gündəlik gəliri iki dəfə azalıb"
Digər ölkələr
2 Dekabr , 2015 18:59
​Rusiya Müdafiə Nazirliyi İŞİD-in neftdən əldə etdiyi illik gəliri açıqlayıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının neftdən gələn illik gəliri 2 milyard dollara yaxındır. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Hava-Kosmik Qüvvələrinin Suriyadakı fəaliyyəti nəticəsində İŞİD-in neft satışından gündəlik gəliri 3 milyon dollardan 1,5 milyon dollara enib.

Xəbərdə bildirilib ki, Rusiyanın döyüş təyyarələri Suriyada İŞİD-in nəzarəti altında olan 32 zavoda və 11 neft -emalı kompleksinə zərbə endirib.

Məlumata əsasən, gündə 20 min barel neft daşımaq üçün İŞİD-in 8500 çənli avtomobili var. 

Son xəbərlər

Orphus sistemi