Rusiya Müdafiə Nazirliyi: "Hmeymim" hərbi bazasının atəşə tutulması nəticəsində iki hərbçi ölüb

Rusiya Müdafiə Nazirliyi: "Hmeymim" hərbi bazasının atəşə tutulması nəticəsində iki hərbçi ölüb Nazirlik Rusiyanın 7 təyyarəsinin məhv edilməsi barədə məlumatları təkzib edib
Digər ölkələr
4 Yanvar , 2018 11:55
Rusiya Müdafiə Nazirliyi: Hmeymim hərbi bazasının atəşə tutulması nəticəsində iki hərbçi ölüb

Bakı. 4 yanvar. REPORT.AZ/ Suriyada "Hmeymim" hava limanının minalardan atəşə tutulması nəticəsində iki hərbçi ölüb.

"Report" xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, 31 dekabr 2017-ci il tarixində qaranlıq düşən vaxt "Hmeymim" aerodromu yaraqlıların mobil təxribat qrupunun minaatanlardan atəş açılmaqla qəfil hücumuna məruz qalıb.

Qeyd edilib ki, Suriya təhlükəsizlik orqanları hücumda iştirak edən yaraqlıların axtarışı və məhv edilməsi, habelə aviabazaya bitişik ərazinin qorunması rejiminin gücləndirilməsi üzrə tədbirlər həyata keçirir.

Bundan başqa, Müdafiə Nazirliyi Rusiyanın bazada olan 7 təyyarəsinin məhv edilməsi barədə məlumatları təkzib edib. 

Son xəbərlər

Orphus sistemi