Rusiya Müdafiə Nazirliyi: Afrindəki əməliyyata Pentaqonun ABŞ yönümlü qüvvələrə silah tədarükü səbəb olub

Rusiya Müdafiə Nazirliyi: Afrindəki əməliyyata Pentaqonun ABŞ yönümlü qüvvələrə silah tədarükü səbəb olub Bəyanatda həmçinin vurğulanır ki, ABŞ bu kimi məhsuliyyətisz addımları Suriyaya dair sülh danışqların pozulmasına yol açır
Digər ölkələr
20 Yanvar , 2018 21:18
Rusiya Müdafiə Nazirliyi: Afrindəki əməliyyata Pentaqonun ABŞ yönümlü qüvvələrə silah tədarükü səbəb olub
/ria.ru

Bakı. 20 yanvar. REPORT.AZ/ Pentaqonun ABŞ yönümlü qüvvələrə müasir silahların, o cümlədən zenit əleyhinə raket qurğularının tədarükü Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsinə səbəb olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın bu hissəsində vəziyyətin böhran vəziyyətinə kimi inkişaf etməsinin əsas faktorları ABŞ-ın kürd əhalisinin çoxluq təşkil etdiyi ərazilərin xüsusiləşməsinə istiqamətlənmiş təxribatçı addımları olub. Rəsmi Vaşınqtonun Türkiyə ilə sərhəddə “sərhəd qüvvələri”nin yaradılmasına dair bəyanatları Ankaranın kəskin reaksiyasına səbəb olub. ABŞ silahlı qruplaşmaları dəstəkləməklə Suriya dövlətçiliyinin süqutuna zəmin yaradır", - deyə bəyanatda bildirilir.

Bəyanatda həmçinin vurğulanır ki, ABŞ-ın bu kimi məsuliyyətisz addımları Suriyaya dair sülh danışıqların pozulmasına yol açır.

Son xəbərlər

Orphus sistemi