Rusiya MN: İŞİD Suriyada 10 faizdən az əraziyə nəzarət edir

Rusiya MN: İŞİD Suriyada 10 faizdən az əraziyə nəzarət edir Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib
Digər ölkələr
6 Oktyabr , 2017 02:29
Rusiya MN: İŞİD Suriyada 10 faizdən az əraziyə nəzarət edir

Bakı. 6 oktyabr. REPORT.AZ/ Hazırda İŞİD terror qruplaşmasının yaraqlıları Suriya ərazisində 10 faizdən az əraziyə nəzarət edir.

"Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Rusiyanın Hava-Kosmik Qüvvələri 30 sentyabr 2015-ci il tarixində İŞİD-lə mübarizəyə qoşulduğu andan bu günə qədər "xilafət"in nəzarəti altında olan ərazilər 10 faizədək azalıb", — deyə Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Son xəbərlər

Orphus sistemi