Rusiya Miqrasiya Xidməti ​Yanukoviçin vətəndaşlığına aydınlıq gətirməyib

Rusiya Miqrasiya Xidməti ​Yanukoviçin vətəndaşlığına aydınlıq gətirməyib "FMX-nin istənilən şəxsin statusu ilə bağlı məlumatını açıqlamaq hüququ yoxdur"
Digər ölkələr
16 Fevral , 2015 15:10
Rusiya Miqrasiya Xidməti ​Yanukoviçin vətəndaşlığına aydınlıq gətirməyib

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiya Federal Miqrasiya Xidməti (FMX) Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Rusiya vətəndaşlığı almasını şərh etməkdən imtina edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, miqrasiya xidməti bunu şəxsi məlumatların məxfiliyi haqqında qanunla əsaslandırıb.

FMX-nin vətəndaşlıq məsələləri üzrə idarəsinin rəisi Valentina Kazakova deyib ki, ölkənin müvafiq qanununa görə, Xidmətin istənilən şəxsin statusu ilə bağlı məlumatını açıqlamağa hüququ yoxdur.

Son xəbərlər

Orphus sistemi