Yuxarı

Sergey Verşinin: "Rusiya ilə Türkiyənin Suriyada birgə patrul xidməti qeyri-müəyyən müddətlidir"

Rusiya ilə Türkiyənin Suriyada birgə patrul xidməti qeyri-müəyyən müdd

Suriyanın şimal-şərqində Rusiya ilə Türkiyə arasında birgə patrul xidməti haqqında əldə olunan razılaşmalar qeyri-müəyyən müddətlidir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Xatırladaq ki, ötən gün iki ölkə prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında imzalanmış 10 bəndlik anlaşma memorandumunda bu gün günorta saatlarından “Barış pınarı” antiterror əməliyyatının keçirildiyi hüdudlar istisna olmaqla Suriyanın Türkiyə ilə sərhədi boyu Rusiya hərbi polisi və Suriya Sərhəd Xidmətinin bölmələri yerləşdirilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi