Yuxarı

Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatı gələn il bərpa oluna bilər

​Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatı gələn il bərpa oluna bi

2020-ci ilin birinci yarısında Rusiya və Gürcüstan arasında birbaşa hava əlaqəsinə qoyulan qadağa ləğv edilə bilər.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” nəşri hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Rusiya və Gürcüstan arasında birbaşa hava əlaqəsi cari ilin sonunda bərpa oluna bilərdi: “Lakin bunun qarşısını Gürcüstanda kütləvi nümayişlərlə müşayət olunan siyasi gərginlik alıb”. 

Nəşrin həmsöhbəti qeyd edib ki, “Russofobiyanın intensivliyi”nin azalmasına baxmayaraq, ölkədə lazımi təhlükəsizlik səviyyəsi yoxdur.

Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzenin sözlərinə görə, Gürcüstan tərəfi ölkələr arasında uçuşların bərpa edilməsi barədə qərarı yalnız alqışlaya bilər.

Qeyd edək ki, 2019-cu ilin iyun ayının sonunda Rusiya Prezidenti Vladimir Putin aviaşirkətlərə 8 iyul tarixindən Rusiya vətəndaşlarının Gürcüstana daşınmasını qadağan edən fərman imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi