Yuxarı

Rusiya diplomatları Yəməni tərk ediblər

Rusiya diplomatları Yəməni tərk ediblər

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın Yəməndəki səfirliyinin bütün əməkdaşları bu ölkəni tərk ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. 

Onun sözlərinə görə, səfir və diplomatik korpusun əməkdaşları öz missiyalarını Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində davam etdirəcəklər: “Sənadakı vəziyyəti nəzərə alaraq Rusiya diplomatlarının Yəməndəki fəaliyyətinin müvəqqəti olaraq dondurulmasına qərar vermişik”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi