Rusiya ABŞ-a xəbərdarlıq edib

Rusiya ABŞ-a xəbərdarlıq edib Moskva hərbi müdaxilənin "mənfi nəticələrinə görə bu şübhəli təşəbbüsü başlayanların cavabdeh olacağını bildirib
Digər ölkələr
7 Aprel , 2017 06:54
Rusiya ABŞ-a xəbərdarlıq edib

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Vladimir Safronkov BMT Təhlükəsizlik Şurasının Suriyanın İdlib şəhərinə kimyəvi hücumun müzakirəsi ilə bağlı qapalı iclasının ardından jurnalistlərə açıqlama verib.

"Report" xəbər verir ki, o, Suriyaya hərbi müdaxilənin "mənfi nəticələrinə görə bu şübhəli və faciəli təşəbbüsü başlayanların cavabdeh olacağı"nı bildirib.

Mənfi nəticələrin nə ola biləcəyi sualına isə Safronkov, "İraqa, Liviyaya baxın" deyə cavab verib.

Son xəbərlər

Orphus sistemi