Yuxarı

Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi

Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi
Dinlə

652

© google

Rumıniyanın səhiyyə naziri Viktor Kostaçe ölkədə yayılan koronavirus pandemiyası (COVID-19) səbəbindən istefa verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin yeni naziri vəzifəsinə onun müavini Nelu Tataru təyin edilib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqına üzv olan ölkələrdəki xəstəxanalarda tibb işçiləri üçün qoruyucu vasitələrin azlığı son zamanlar müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, martın 16-da fövqəladə vəziyyət elan edilən Rumıniyada bu günə qədər 906 koronavirusa yoluxma faktı qeydə alınıb, 13 nəfər dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi