Yuxarı

Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb

​Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb

Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb.

“Report” xəbər verir ki, bu barədə “Diji 24” nəşri məlumat yayıb. Bildirilib ki, xəstə daha 9 nəfərə xəsarət yetirib. Qeyd olunub ki, kişi xəstəxanaya “Ağ isitmə” (Daim spirtli içkilər içən insanların beyin qabığının zədələnməsi) diaqnozu ilə gətirilib.

Xəsarət alan şəxslər kəllə-beyin travması alıb. Cinayətkar zərər çəkmiş şəxslərdən birinin tibb işçilərinə xəstənin hücumu barədə xəbərdar etməsindən sonra saxlanılıb.

O, əlində tibbi spirtlə polislər tərəfindən xəstəxanın çıxışında tutulub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin bütün təfərrüatlarını öyrənirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi