​Rumıniyada klubda yanğın nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

​Rumıniyada klubda yanğın nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb Daha 46 nəfər ağır vəziyyətdədir
Digər ölkələr
8 Noyabr , 2015 01:56
​Rumıniyada klubda yanğın nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Oktyabrın 31-də Rumıniyanın paytaxtı Buxarestin “Clubul Colectiv” klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, 7 nəfər paytaxt xəstəxanalarında, daha iki nəfər isə müalicə üçün yollandığı Niderlandda ölüb.

Hazırda xəstəxanalarda 105 zərərçəkən var. Onlardan 46-sının vəziyyəti ağırdır.

Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir.

Son xəbərlər

Orphus sistemi