Bakı. 24 sentyabr. REPORT.AZ/ Rumıniyada 6,1 bal gücündə zəlzələ baş verib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Araqlı dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Buxarestdən 145 kilometr şimalda, zəlzələ ocağı 100 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.