Rumıniya parlamentinin Senat və Deputatlar palatalarına yeni sədrlər seçilib

Rumıniya parlamentinin Senat və Deputatlar palatalarına yeni sədrlər seçilib Hər iki palatanın sədri 4 il müddətinə bu vəzifəyə seçiliblər
Digər ölkələr
21 Dekabr , 2016 20:26
Rumıniya parlamentinin Senat və Deputatlar palatalarına yeni sədrlər seçilib

Buxarest. 21 dekabr. REPORT.AZ/ Bu gün Rumıniya parlamentinin Senat və Deputatlar palatalarına rəhbərlik edəcək sədrlər seçilib. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Liberal və Demokratların Alyansının sədri Kalin Popesku Tariçeanu yenidən Senatın sədri seçilib. Belə ki, o, iclasda keçirilən gizli səsvermə zamanı 129 senatordan 87-nin dəstəyini qazanıb. Qeyd edək ki, K.P.Tariçeanunun namizədliyi Sosial Demokratlar Partiyası (PSD), Liberal və Demokratların Alyansı və Rumıniya Macarlarının Demokratik Birliyi Partiyası tərəfindən irəli sürülmüşdü.

Deputatlar Palatasının sədri vəzifəsinə isə PSD sədri Liviu Draqnya seçilib. O, parlamentin plenar iclasında keçirilən gizli səsvermə zamanı deputatların 216-nın səsini qazanıb. Səsvermədə 317 deputat iştirak edib. L.Draqnyanın namizədliyi PSD tərəfindən irəli sürülüb.

Hər iki palatanın sədri 4 il müddətinə bu vəzifəyə seçiliblər.

Xatırladaq ki, dekabrın 11-də Rumıniya parlamentinə keçirilən seçkilərdə PSD qalib gələrək 221 deputat mandatı qazanıb. Onlardan 67-si Senata, 154-ü isə Deputatlar Palatasınadır. Ümumilikdə seçkilərdə parlamentə 6 partiya daxil ola bilib. 

Son xəbərlər

Orphus sistemi