​Rumıniya Kraliçası ilə vida mərasimi keçirilir - FOTO

​Rumıniya Kraliçası ilə vida mərasimi keçirilir - FOTO Yüzlərlə rumın Kral sarayını ziyarət edir
Digər ölkələr
12 Avqust , 2016 09:30
​Rumıniya Kraliçası ilə vida mərasimi keçirilir - FOTO

Buxarest. 12 avqust. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərinin Kral sarayında Kraliça Ana ilə vida mərasimi keçirilir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, ötən gündən başlayan mərasim bu gün axşam saat 22:00-dək davam edəcək.

Kraliça Anaya ehtiramını bildirmək məqsədilə yüzlərlə rumın Kral sarayını ziyarət edir.

Avqustun 10-da isə ilk olaraq vida mərasimi Sinaya şəhərindəki Kral ailəsinə məxsus “Peleş qəsri”ndə keçirilib və Rumıniyanın dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, kral ailəsinin yaxınları və ictimaiyyət nümayəndələri mərasimə qatılıblar.

Xatırladaq ki, Rumıniyanın sabiq kralı Mihayın həyat yoldaşı, 92 yaşlı Kraliça Ana avqustun 1-də İsveçrənin Morj şəhərindəki xəstəxanada vəfat edib. Kraliçanın cənazəsi avqustun 9-da Rumıniyaya gətirilib. Avqust ayının 13-də isə kraliça Kurtya-de-Arceş şəhərindəki kral ailəsinə məxsus monastrda dəfn olunacaq. Mərasimin keçirildiyi günlərdə isə təhlükəsizliyin təmin olunmasına 1500-ə yaxın polis, hərbçi və jandarm qüvvələri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi