Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür Rumıniyanın İsrailin Tel-Əviv şəhərindəki səfirliyi Qüdsə (Yerusəlim) köçürüləcək.
Digər ölkələr
24 Mart , 2019 20:49
Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

Rumıniyanın İsrailin Tel-Əviv şəhərindəki səfirliyi Qüdsə (Yerusəlim) köçürüləcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar günü ölkənin baş naziri Viorika Dançile deyib.

"Bu gün Amerika - İsrail İctimai Münasibətlər Komitəsi auditoriyası qarşısında açıqlayıram ki, ölkəmizdə qərar qəbuletmə prosesində iştirak edən bütün konstitusiya subyektləri tərəfindən təhlil edildikdən sonra, tam razılıqla, mən, Rumıniyanın baş naziri və hökumət başçısı olaraq, Rumıniya səfirliyini Yerusəlimə, İsrailin paytaxtına köçürəcəyik", - deyə Rumıniya hökumətinin mətbuat xidməti baş nazirin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi