Yuxarı

Rumıniya ABŞ-dan 7 ədəd “Patriot” zenit-raket kompleksi alır

ZRK-ların alınmasına dair müqavilə bu gün imzalayacaq

Buxarest. 29 noyabr. REPORT.AZ/ Bu gün Rumıniya və ABŞ hökumətləri arasında “hava-yer” tipli 7 ədəd “Patriot” zenit-raket kompleksinin (ZRK) alınması ilə bağlı müqavilə imzalanacaq.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri Mihai Fifor məlumat verib.

Nazir əlavə edib ki, artıq 2019-cu ilin ikinci yarısında Rumıniya ordusu “Patriot” ZRK-ları ilə təchiz ediləcək. Sözügedən raket sisteminin dördü hərbi-hava qüvvələri, üçü isə quru qoşunlarının arsenalına daxil ediləcək. “Patriot” ZRK-larının alınması dövlət büdcəsinə təqribən 4 milyard dollara başa gələcək. Rəsmi Buxarest 910 mln. dollar həcmində ilk tranşı strateji tərəfdaşı olan ABŞ-a dekabr ayında ödəyəcək.

“Patriot”un alınması ilə bağlı qanun layihəsi Rumıniya parlamenti və ölkə prezidenti tərəfindən təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi