Yuxarı

Rotterdamda partlayış baş verib

Rotterdamda partlayış baş verib
Xilasetmə orqanları onlarla evin sakinini ərazidən təxliyə ediblər

Bakı. 8 mart. REPORT.AZ/ Niderlandın Rotterdam şəhərində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "RTV Rijnmond" teleradioyayım şirkəti xəbər verib.

Məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb. Lakin şəhərin xilasetmə orqanları onlarla evin sakinini ərazidən təxliyə ediblər.

Partlayışın başvermə səbəbləri hələlik məlum deyil. Ancaq hüquq-mühafizə orqanları hadisənin məişət səbəbindən baş verdiyini istisna etmirlər.

Xilasetmə xidmətindən bildirilib ki, sakinlərin təxliyəsi evlərin qismən uçması təhlükəsi ilə bağlı olub. Hazırda mütəxəssislər tikililərin sabitliyini yoxlayırlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi