Rotterdam “Eurovision-2021”lə bağlı qərarını açıqladı

Rotterdam “Eurovision-2021”lə bağlı qərarını açıqladı Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər.
Digər ölkələr
23 Aprel , 2020 22:20
Rotterdam “Eurovision-2021”lə bağlı qərarını açıqladı

Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər.

“Report”un məlumatına görə, bu barədə NL “Times” portalı bildirib.

Qeyd edilir ki, müsabiqənin bu il planlaşdırıldığı həmin yerdə - “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır. Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.

Nəşr qeyd edib ki, Rotterdam 2020-ci ildə planlaşdırılmış müsabiqəyə təxminən 15 milyon avro xərcləyib.

"“Eurovision”un təşkilatçıları koronavirusun yayılması təhlükəsi ilə əlaqədar müsabiqənin bu il keçirilməsini ləğv ediblər. Daha sonra iştirakçıların yeni mahnılarla 2021-ci ildə çıxış etmələri barədə qərar qəbul edilib.

Bir neçə gün əvvəl isə “Eurovision Planet Magazine” Azərbaycanın yarışmanın qalibi olacağını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi