Yuxarı

"Rosmorreçflot": Qara dənizdə yanan gəmilərdən kimisə sağ tapmaq şansı yoxdur

​Rosmorreçflot: Gəmilərdən kimisə sağ tapmaq şansı yoxdur
Əməliyyat mərhələsi axtarışdan xilasetməyə keçib, yanğın hələ söndürülməyib
© TASS

Bakı. 22 yanvar. REPORT.AZ/ Qara dənizdə yanan gəmilərdə olan dənizçilərinin axtarışı üzrə əməliyyatlar xilasetmə mərhələsindən axtarışa keçirilib, çünki artıq kimisə sağ tapmaq şansı yoxdur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin ("Rosmorreçflot") mətbuat xidmətindən bildirilib.

Yanğın hələ söndürülməyib.

"Rosmorreçflot"dan verilən məlumata görə, yanan iki gəmidən xilas edilmiş dənizçilər, eləcə də ölənlərin meyitləri yaxın zamanda Kerçə çatdırılacaq.

Fırtınalı hava səbəbi ilə gecə bunu etmək mümkün olmayıb.

Qeyd edək ki, Kerç boğazında iki gəmidə baş verən yanğın nəticəsində 11 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi