Paraqvayda həbs olunan braziliyalı sabiq futbolçu Ronaldinyo və qardaşı Roberto de Assis Moreyre məhkəmənin qərarına əsasən 1,6 milyon ABŞ dolları qarşılığında həbsxanadan ev dustaqlığına buraxılıblar.
“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Qardaşlar Asunsyonun mərkəzində yerləşən “Palmaroqa” hotelində ev dustaqlığında qalacaqlar. Ronaldinyonun qalacağı hotel nömrəsinin bir gecəlik qiyməti 380 ABŞ dollarıdır.
Hakim 7 apreldə Ronaldinyonun girov müqabilində həbsdən azad edilməsi barədə qərar qəbul edib. Beləliklə, keçmiş futbolçu bir ay həbsxanada olub.
Qeyd edək ki, 40 yaşlı sabiq yarımmüdafiəçi qardaşı Roberto de Assis Moreyra ilə birgə saxta pasportla Paraqvaya girdikdən sonra saxlanılıb.