Yuxarı

Romada Avropa İttifaqının yubiley sammiti başlayıb

Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
Jan-Klod Yunker: Aİ 100 il yaşayacaq

Bakı. 25 mart. REPORT.AZ/ İtaliya paytaxtındakı Kapitolidə Avropa İttifaqına üzv 27 ölkənin sammiti başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, sammit Roma sazişinin imzalanmasının 60-cı ildönümünə həsr olunub. 

Dövlət və hökumət başçılarının görüşü yüksək təhlükəsizlik tədbirləri altında keçirilir. Belə ki, İtaliya hökuməti istər vahid Avropa tərəfdarlarının, istərsə də əleyhdarlarının nümayişləri zamanı baş verə biləcək iğtişaşlardan ehtiyat edir. 

Aİ liderləri 60 il əvvəl Avropa İttifaqının təsisçiləri hesab edilən altı dövlətin - Almaniya, İtaliya, Fransa, Belçika, Hollandiya və Lüksemburqun liderlərinin insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkəti üçün bütün maneələrin aradan qaldırılması üzrə beynəlxalq müqaviləni imzaladığı Mühafizəkarlar sarayına toplaşıb.

Tədbirdə çıxış edən Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bütün çətinliklərə, o cümlədən Böyük Britaniyanın qurumdan çıxmasına baxmayaraq, Aİ-nin mövcudluğunu davam etdirəcəyini bildirib.

O, Aİ-nin 100 illik yubileyini qeyd edəcəynə əminliyini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi