Roma Papasının Türkiyəyə rəsmi səfəri başlayıb

Roma Papasının Türkiyəyə rəsmi səfəri başlayıb Səfər çərçivəsində pontifik Türkiyə prezidenti və Konstantinopol patriarxı ilə görüşəcək
Digər ölkələr
28 Noyabr , 2014 17:08
Roma Papasının Türkiyəyə rəsmi səfəri başlayıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Roma Papası I Fransiskin Türkiyəyə üçgünlük səfəri başlayıb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, pontifikin şərəfinə Esenboğa Beynəlxalq Hava Limanında fəxri qaravul dəstəsi düzülüb. 

Roma Papası ilk növbədə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün qəbrini ziyarət edəcək, daha sonra yeni Prezident Sarayına gedərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Nazirlər Kabinetinin üzvləri ilə görüşəcək. 

Sabah səhər Papa I Fransiskin İstanbulda Konstantinopol patriarxı I Varfolomey ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Roma Papasının gəlişi ilə əlaqədar Türkiyədə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. 

Son xəbərlər

Orphus sistemi