​Roma papası miqrantların ayaqlarını yuyaraq öpüb

​Roma papası miqrantların ayaqlarını yuyaraq öpüb Pontifik mərasim zamanı Brüsseldəki faciəni xatırlayıb
Digər ölkələr
24 Mart , 2016 23:55
​Roma papası miqrantların ayaqlarını yuyaraq öpüb

Bakı. 24 mart. REPORT.AZ/ Roma papası Fransisk Məşəqqət həftəsinin Böyük cümə axşamında siyasi sığınacaq verilməsi haqqında ərizə vermiş şəxslərin müvəqqəti saxlanma mərkəzində 12 dindarın - 11 qaçqın və bir italiyalı qadının ayaqlarını yuyaraq öpüb.

"Report" xəbər verir ki, bu barədə "Avvenire" nəşri yazıb.

12 dindar arasında dördü nigeriyadan olmaqla 5 katolik, 3 müsəlman, 3 kopt və 1 bütpərəst olub.

Mərasim zamanı pontifik çərşənbə axşamı Brüsseldə baş verən qanlı terror aktlarını xatırlayıb.

Son xəbərlər

Orphus sistemi